Çin ABŞ-dan tələb etdi: Dərhal İrana sanksiyaları ləğv et!

Çin İran iqtisadiyyatının və xalqının sanksiyalardan daha çox zərər görməməsi üçün dərhal ləğvini tələb edir.

Çin ABŞ-dan tələb etdi: Dərhal İrana sanksiyaları ləğv et!
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şuanq bildirib.

"İranın koronavirusla mübarizənin kritik bir mərhələsində olduğu müddətdə sanksiyaların qüvvədə qalması qeyri-insani xarakter daşıyır. Sanksiyaların tətbiqi BMT və digər qurumların da İrana yardımına əngəl törədir. Biz beynəlxalq birliyi regional və qlobal səviyyədə ictimai səhiyyə təhlükəsizliyinə zəmanət vermək üçün İranla əməkdaşlığa çağırırıq", - XİN rəsmisi deyib.