İndoneziyada vulkan partlayışını GÖRƏn insanlar qaçmağa başladı

İndoneziyada yerləşən Merapi vulkanında son 1 gün ərzində 3 güclü partlayış baş verib.

Peyk.az xəbər verir ki, partlayış nəticəsində əmələ gələn zərərli tüstü 2 min metrəyə qədər yüksəlib. Ətrafa yayılan qatı duman yaxınlıqda yerləşən yaşayış məntəqələrində fəsadlar törədib. İnsanlar nəfəs almaqda çətinlik çəkir. Yerli dairələr vulkandan 3 kilometrə qədər məsafədə yaşayan bütün sakinləri təxliyə edib. Minlərlə insan təhlükəsiz ərazilərə köçüb. Tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Merapi vulkanı bölgənin ən təhlükəli yanardağı hesab olunur.