İnsanları restoranlara səsləyən Günay tənqid olundu

Bütün dünyanı cənginə alan koronavirus əleyhinə ölkəmizdə də bir sıra tədbirlər görülüb.

İnsanları restoranlara səsləyən Günay tənqid olundu
https://peyk.az

Peyk.az xəbər verir ki, dövlət qurumları tərəfindən insanların sıx məkanlarda birləşməsinin qarşısını almaq üçün mümkün olduqca evdən çıxmamaları tövsiyə olunub. Belə bir məqamda isə teleaparıcı Günay Firudinqızı diqqət mərkəzinə düşüb.

O, İnstaqram hesabında restorandan foto paylaşaraq "Rədd olsun korona, yaşasın restoranlar" şərhini yazıb.

Onun bu paylaşımı isə sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Günay tənqidlərə məruz qalıb.

Aparıcının yayımladığı fotoya "Hər yerdə "Evdə qal" şüarları eşidilir. Siz isə restoranda yemək yeyirsiniz. Bunu sizdən gözləməzdik" kimi şərhlər yazılıb.

G.Firudinqızı isə yazılan rəylərə əhəmiyyət verməyib.
İnsanları restoranlara səsləyən Günay tənqid olundu