İquain karantindən qaçmaq istədi

“Yuventus”un futbolçusu Qonsalo İquain karantindən qaçıb, Argentinaya getməyə çalışıb.

İquain karantindən qaçmaq istədi
https://peyk.az

Peyk.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu ölkədə geniş yayılan koronavirus epidemiyasına görə argentinalı hücumçu vətəninə qayıtmağa cəhd edib. Ancaq 32 yaşlı forvardı hava limanında polis  saxlayıb və onun səfəri baş tutmayıb.

Xatıradaq ki, artıq İtaliyada koronavirus epidemiyasından minlərlə insan ölüb. “Yuventus”un futbolçuları Daniele Ruqani və Blez Matyuidi də bu virusa yoluxub.