İran 85 min məhkumu azadlığa buraxdı

İranda yeni tip koronavirusla əlaqədar 85 min məhkum sərbəst buraxılıb.

İran 85 min məhkumu azadlığa buraxdı
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Məlumata görə, məhkumlar müvəqqəti olaraq azadlığa buraxılıb, virus səngiyəndən sonra həbs müddəti davam edəcək.
Sərbəst buraxılanlar arasında məhkumluq həyatı yaşayan siyasilərin də olduğu bildirilir.