İranda 6 yaşlı uşaq koronavirusdan öldü

İranda 6 yaşlı uşaq yeni növ koronavirus ("COVID-19") xəstəliyi səbəbindən dünyasını dəyişib.

İranda  6 yaşlı uşaq koronavirusdan öldü

Peyk.az xəbər verir ki, bu barədə İranın Şimali Xorasan Sağlamlıq Elmləri Universiteti açıqlama yayıb.

Məlumatda bildirilib ki, İranın Şimali Xorasan əyalətində indiyə qədər 189 nəfərdə koronavirus aşkarlanıb.

Onlardan 19-u vəfat edib. Virusun qurbanlarından biri 6 yaşlı uşaqdır.