İranda helikopter qəzaya uğradı

Bu gün səhər İranın şimal-qərbində İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) quru qoşunlarına məxsus hərbi helikopter qəzaya uğrayıb.

İranda helikopter qəzaya uğradı
https://peyk.az

Bu İranın İslam İnqilabı Keşikçilər Korpusunun ictimai əlaqələr şöbəsinin məlumatında öz əksini tapıb. Bu barədə Trend Mehr informasiya agentliyinə istinadən məlumat verib.

Məlumata görə, qəza nəticəsində helikopterin sərnişinlərinə heç bir xəsarət dəyməyib və hamısı sağdır.

Hadisə haqda əlavə məlumat verilməyib.