İranda sel nəticəsində 12 nəfər ÖLDÜ

İranda ötən bir neçə gün ərzində güclü yağış və daşqınlar nəticəsində 12 nəfər ölüb.

İranda sel nəticəsində 12 nəfər ÖLDÜ
https://peyk.az

Bu İranın Təcili Yardım Təşkilatının məlumatında öz əksini tapıb.

Məlumata görə, bu şəxslər avtomobillərin daşqınlarda qalması, tunel çökməsi nəticəsində həlak olublar.

Məlumatda bildirilir ki, İranın 11 vilayətində - Hörmüzqan, Buşehr, Fars, Sistan və Bəluçestan, Qum, Gilan, Cənubi Xorasan, Rəzəvi Xorasanı, Mazandaran, Simnan və Kirman vilayətlərində 21 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb. Hazırda vilayətlərdə seldən zərərçəkənlərə yardımların göstərildiyi bildirilir.