İrandan Əsəd ordusuna ağır zərbə: Dəməşq hərəkətə keçdi

Suriyada Bəşər Əsəd ordusunun yüksək rütbəli şəxslərinin gizli telefon danışığı ortaya çıxıb.

İrandan Əsəd ordusuna ağır zərbə: Dəməşq hərəkətə keçdi
https://peyk.az

Məlumata görə, İrandan gələn hərbçilər rejim qüvvələrinə koronavirus yoluxdurub.

Peyk.az xəbər verir ki, Əsəd ordusunun 11 hərbçisində koronavirus infeksiyası aşkar olunub.

Suriyanın rəsmi mənbələri isə ölkədə 9 koronavirusa yoluxma halının təsbit edildiyini açıqlayıb. Zabitlər arasındakı telefon danışığının detalları ələ keçdikdən sonra isə İran qüvvələrinin yerləşdiyi Kəfr Nəbl və Marət əl-Numan kəndlərində Əsəd ordusunun 11 hərbçisində yeni növ pandemiyanın aşkar olunduğu bildirilib.

Bölgədə pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə hərəkətə keçən Suriyanın səlahiyyətləri orqanları önləyici tədbirlər görməyə başlayıb.

Koronavirusun bölgədəki İran hərbçilərindən yayıldığı dəqiqləşdirilib.