İraqdakı şiə fraksiyaları baş nazir vəzifəsinə 3 yeni namizəd irəli sürüb

Eastnews.org-un verdiyi xəbərə görə, İraqdakı "Fəth" koalisiyasının nümayəndəsi şiə qruplarların baş nazir vəzifəsinə 3 yeni namizədin irəli sürülməsinə razılıq veriblər.

İraqdakı şiə fraksiyaları baş nazir vəzifəsinə 3 yeni namizəd irəli sürüb
https://peyk.az

İraqın Fəth koalisiyasının nümayəndəsi Muxtar əl-Musəvi bildirib ki, üç namizəd Bağdad universitetinin, Kufə universitetinin və Kərbəla universitetinin rektorlarıdır. Onların namizədliyi Adnan əl-Zurufinin baş nazirliyə namizədliyinin ləğvi ilə bağlı böhranı tezliklə həll edəcək. Şiə qrupları başqa koalisiyalarla yeni bir şəxsin irəli sürülməsi üçün danışıqlar aparır.
O, həmçinin qeyd edib ki, şiə koalisiyaları, əl-İraqiyyə koalisiya üzvləri və kürd fraksiyaları İraq parlamentinin sədri Məhəmməd Halbusinin başçılığına yeni namizədin irəli sürülməsi zəruriliyini müzakirə edəcək.

Qeyd edək ki, bundan əvvəl Adnan əl-Zurufiyə İraq hökumətini yaratmaq tapşırılmışdı.