İspaniya xəstəxanalarında acınacaqlı vəziyyət

İspaniya xəstəxanalarında bütün palatalar koronavirusa yoluxmuş xəstələrlə dolub. Yeni yoluxma aşkar edilən şəxslər üçün çarəsizlikdən dəhlizlərdə yer salınır.

İspaniya xəstəxanalarında acınacaqlı vəziyyət
https://peyk.az

Peyk.az xəbər verir ki, İspaniyanın artıq bir sıra xəstəxanaları yerin olmaması səbəbindən xəstələri qəbul etmir.

Qeyd edək ki, bu ölkədə son 24 saat ərzində koronavirusdan dünyasını dəyişənlərin sayı 462 nəfərə çatıb. Ümumilikdə virusa yoluxanların sayı 24 saatda 4,5 min artaraq 33 min 89 nəfər olub. Hazırda xəstələrin 2,3 min nəfəri ağır vəziyyətdədir.