İsrailin Səhiyyə naziri koronavirusa YOLUXDU

İsrailin Səhiyyə naziri Yaakov Litsman yeni növ koronavirusa yoluxub.

İsrailin Səhiyyə naziri koronavirusa YOLUXDU
https://peyk.az

Bu barədə "Kan" raidostansiyası Nazirlik Aparatının açıqlamalarına istinadən bildirib.

Məlumata əsasən, Y.Litsmanın həyat yoldaşına da koronavirus diaqnozu qoyulub. Qeyd edilib ki, nazir həkimlərin tövsiyyələrinə uyğun olaraq işlərini evdən davam etdirəcək.

Qeyd edək ki, İsraildə aşkar olunan koronavirus yoluxma hadisələrinin sayı sutka ərzində 710 nəfər artaraq 6092 nəfər təşkil edib, ölənlərin sayı 25 nəfərə çatıb.