"İtaliya çempionatı bərpa olunmayacaq" - Totti

"Roma"nın sabiq futbolçusu Françesko Totti koronavirus səbəbindən təxirə salınan İtaliya çempionatı ilə bağlı danışıb.

"İtaliya çempionatı bərpa olunmayacaq" - Totti
https://peyk.az

Peyk.az xəbər verir ki, o, "Football İtalia"ya açıqlamasında liqaların bərpa olunmayacağını deyib:

"Düşünürəm ki, çempionat bərpa olunmayacaq. Əks təqdirdə, bir qarışıqlıq olacaq. Həm FİFA, həm də İtaliya Futbol Federasiyasına hər şeyi nizama salmaq üçün vaxt lazımdır".