İtaliya klubları futbolçuların maaşını dondurmaq istəyir

İtaliyada koronavirus səbəbindəm liqaların dayandırılmasından sonra maaş məsələsi ilə bağlı fikir ayrılığı yaranıb.

İtaliya klubları futbolçuların maaşını dondurmaq istəyir
https://peyk.az

Peyk.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A və B seriyası klublarının prezidentləri maliyyə itkilərini minumuma endirmək üçün bir müddət oyunçuların maaşını dondurmaq fikrinə düşüb. Ancaq İtaliya Futbolçular Assosiasiyası bu ideyaya qarşı çıxıb.

Xəbərdə həmçinin A seriyasının mayın 9-u bərpa edilə biləcəyi və bu, baş verəcəyi təqdirdə, çempionatın iyul ayına qədər davam edəcəyi vurğulanıb.

Klublar və İtaliya Futbolçular Assosiasiyasının müqaviləsi iyunun 30-u başa çatacaq futbolçuların sözləşmə müddətini iyulun 15-ə kimi uzada biləcəyi qeyd olunub.