İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri keçdi

İtaliyada son gün ərzində koronavirusdan 889 nəfər ölüb.

İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri keçdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andjello Borrelli bildirib.

O, qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb.

"Bu gün 70 065 italiyalı koronavirusa yoluxub, bu göstərici bir gün ərzində 3 651 pasiyent artıb", - Borrelli keçirdiyi brifinqdə deyib.

"889 insan ölüb. 12 384 nəfər sağalıb, dünənki sayla müqayisədə 1 434 nəfər artıb”, - Borrelli qeyd edib.

Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 10 023 nəfər təşkil edib. Ötən gün 589 xəstəsağalıb.