İtkin düşən 14 yaşlı qız evə qayıtdı -13 gün sonra

Rəfiqələri ilə görüşməyə gedən və itkin düşən 14 yaşlı qız 13 gün sonra evə qayıtdı.

İtkin düşən 14 yaşlı qız evə qayıtdı -13 gün sonra
https://peyk.az

Peyk.az Türkiyə mətbuatına istinadən bildirir ki, 14 yaşlı Ayşə Ceylin ailəsindən icazə alıb rəfiqəsi ilə görüşməyə gedib. Lakin qızlarının rəfiqələrinin evində olmadığını öyrənən ailə polisə xəbər verib.

13 gündən sonra 14 yaşlı qız Manisa polis bölməsinə gələn yeniyetmə qız qaçırıldığını bildirib.

Ayşə Celin polisə ifadəsi zamanı rəfiqəsinin ona zorla narkotik tərkibli dərman içdirdiyini bildirib: "Dərmanı içdikdən sonra huşumu itirdim. Mənə evə getməyə icazə vermədilər. Mənə təcavüz etməyə çalışdılar. 2-3 gündən bir mənə yemək verirdilər. 13-cü gün yuxudan oyandığım zaman evin qapısının açıq olduğunu gördüm. Bu fürsətdən istifadə edib evdən qaçıb, yoldan keçən bir maşına minib şəhərə gəldim. Məni qaçıran şəxslərdən şikayətçiyəm".

Qeyd edək ki, 14 yaşlı yeniyetməni qaçırmaqda şüphəli bilinən 25 yaşlı Y.K polislər tərəfindən saxlanılıb.