Əfqanıstan Prezidentinin çıxışı zamanı PARTLAYIŞ - 24 ölü

Əfqanıstan Prezidentinin çıxışı zamanı PARTLAYIŞ - 24 ölü
https://peyk.az

Əfqanıstanın Pərvan əyalətində Prezident Əşrəf Qəninin seçki kampaniyası çərçivəsində çıxışı zamanı partlayış törədilib.

Xeberoxu.Az-ın məlumatına görə, hadisə nəticəsində azı 24 nəfər həlak olub, 30-dan çox yaralı var.

Hadisənin Prezidentin tərəfdarlarının olduğu yerdən hansı məsafədə baş verdiyi bildirilmir.

Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.