Əfqanıstanda polislə toqquşma - 6 yaralı

Əfqanıstanda polislə toqquşma - 6 yaralı
https://www.peyk.az

Əfqanıstanın Qəzni vilayətində ölkənin silahlı qüvvələrinin hava hücumu səbəbi ilə keçirdiyi etiraz aksiyası zamanı polislə toqquşmalarda altı nəfər yaralanıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "1TV" xəbər verib.

Məlumata əsasən, hava hücumu zamanı bir neçə dinc sakin həlak olub.

Yerli sakinlər kanala bildiriblər ki, şənbə günü həmin vilayətdə Xvaca Omari qəzasındakı Deh Hacı kəndinə hava zərbəsi endirilib, 6 nəfər ölüb, 3 nəfər yaralanıb.