“Əhalinin beşdə dördü Rusiya ilə müttəfiqliyi dəstəkləyir” - Lukaşenko

“Əhalinin beşdə dördü Rusiya ilə müttəfiqliyi dəstəkləyir” - Lukaşenko
https://www.peyk.az

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Donbas münaqişəsinin (Ukrayna) nizamlamlanması çərçivəsində bölgəyə sülhməramlı hərbi qüvvə göndərməyə hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı tərəflər arasında razılıq olarsa, bölgəyə sülhməramlıları göndərməyə hazır olduğunu diqqətə çatdırıb.

Lukaşenko Rusiyaya qarşı heç kimlə dost olmayacaqlarını da bildirib. Buna görə də, Ukrayna və Rusiya arasındakı razılaşmçaya uyğun davranacağını diqqətə çatdırıb:

"Biz referendum keçirdik və əhalinin beşdə dörd hissəsi Rusiya Federasiyası ilə müttəfiq münasibətləri dəstəklədilər. Buna görə də Rusiyaya qarşı heç kimlə dost olmaq niyyətində deyilik”.