Əhalisinin 95 faizi kişidir, qadınlar isə… - Qəribə olayların ölkəsi

Dünyanın ən kiçik ölkəsi olan Vatikanın qanunları da qəribədir. Bu cırtdan ölkənin xüsusiyyətləri və qanunlarına dünyanın heç bir yerində rast gəlinmir.

Əhalisinin 95 faizi kişidir, qadınlar isə… - Qəribə olayların ölkəsi
https://www.peyk.az

Teleqraf.com katolik dünyasının mərkəzi hesab olunan Vatikan haqda yazını təqdim edir.

Vatikan əhalisinin əksəriyyəti kilsə xidmətçiləri və hərbçilərdən (İsveçrə gözətçiləri) ibarətdir. Buna görə də, vətəndaşların 95 faizi kişidir, qalanları isə İsveçrə gözətçilərinin həyat yoldaşı və övladlarıdır.

Qorunan yeganə ölkə

Vatikan vətəndaşlığı Vatikan şəhər-dövləti tərəfindən verilir. Vatikan pasportu diplomatik pasporta ekvivalentdir, əlbəttə, çox az adam buna sahibdir. Müqəddəs vəzifə xidmətinin başa çatmasından sonra vətəndaşlıq avtomatik olaraq İtaliya vətəndaşlığına dəyişdirilir.

Vətəndaşlıq olmadan Vatikanda yaşamaq qadağandır. Uşaqlar 18 yaşına çatanda və valideynlərini itirəndə vətəndaşlığını da itirirlər.

UNESCO-nun Dünya Mirası siyahısında qoruma altında olan yeganə ölkə Vatikandır və burada yerləşən hər bina tarixi irs kimi qəbul edilir.

 

Səssiz dualar

Turistlərin əksəriyyəti Vatikana Siksistin Kapellasını görmək üçün gəlir. Kapellada foto çəkmək qəti şəkildə qadağandır və turistlərə yalnız pıçıltı ilə danışmağa icazə verilir.

Kimliyindən və vəzifəsindən asılı olmayaraq, bura girən hər bir şəxsin üstü yoxlanılır. Bura gündə təxminən 10.000 insan gəlir.

Pasxadan əvvəlki cümə günü Vatikanda belə bir mərasim təşkil edilir: Papa qırmızı cübbə geyinir və qurbangahın qarşısında yerə uzanır, rahiblər də onun arxasında diz çökürlər. Əvvəlcə səssiz dualar edilir, sonra dualar yüksək səslə davam etdirilir.

Qadınlar haqda sərt qadağalar

Bir qadın üçün Vatikan sərhədləri daxilində işləmək asan olsa da, burada yaşaması demək olar ki, mümkün deyil. Lakin bunun bir yolu var: İsveçrə Gözətçiləri üzvlərindən biri ilə evlənmək…

Amma bu məsələ də çətindir, evlənməli olan İsveçrə Gözətçiləri üzvü ya xüsusi icazə almalı, ya da leytenant rütbəsində olmalıdır. Qadın isə buna görə, Vatikandan rəsmi icazə almalıdır. Başqa bir ilginc gerçək də var, İsveçrə Gözətçiləri üzvləri ancaq universitet məzunları ilə evlənə bilərlər.

Vatikan dünyada doğum sayı sıfır olan yeganə dövlətdir, buna görə də ölkədə doğum xəstəxanası yoxdur. Vatikan vətəndaşı olan qadınlar Roma (İtaliya) xəstəxanalarında doğur.

Əcnəbilərə yaşamaq qadağandır

Vatikanın İtaliya səfirliyi Romada yerləşir. Bunun səbəbi, Vatikan ərazilərində əcnəbilərin məskunlaşmasına icazənin verilməməsidir. Buna görə də, İtaliya və Vatikan arasında razılaşma əldə edilib və bütün səfirliklər Romada yerləşir.

Vatikanda ancaq bir yanacaqdoldurma stansiyası var. Lakin bunun da bir özəlliyi var, Vatikanda benzin olduqca ucuzdur. Buna görə də, italiyalılar bu stansiyadan benzin doldurmağın xəyallarını qurur. Amma təəssüf ki, bu da mümkün deyil, çünki bu stansiyadan ancaq yerli sakinlər istifadə edə bilər.

Məşhur Vatikan poçtu dünyanın ən yaxşılarından biri kimi qəbul olunur. Çünki çox sürətli işlədiyinə görə, bir çox italiyalı öz məktublarını buradan göndərir. Vatikandan təxminən 2.5 milyon məktub, 7 milyon teleqram və təxminən 20.000 paket göndərilir.

Qısa dəmir yolu, vergisiz dükanlar…

Vatikandakı dükanlara vergi tətbiq edilir, amma bu yerli vətəndaşlar üçün keçərlidir. Dükanlar vergi vermədiyinə görə qiymətlər 25 faiz ucuzdur.

Vatikanın dəmir yolu dünyanın ən qısa dəmir yolu xəttidir. Bu dəmir yolunun uzunluğu 1 km-dir, Vatikan ərazilərindən keçə hissəsi isə təxminən 300 metrdir. Əvvəllər Papanın səyahətləri üçün nəzərdə tutulsa da, sonradan turistlərin də üzünə açılıb.

120 ilə tikilən kilsə

Vatikan Apostol kitabxanasında 1 milyondan çox kitab var. Bu kitabxana XV əsrdə Papa IV Sixtus tərəfindən qurulub.

Bu gün içində təxminən 1.6 milyon nəşr olunmuş kitab, 150.000 əlyazma, 8.300 incunabula (XV sonundan əvvəl nəşr olunmuş ilk kitablar), 100.000-dən çox qravür və xəritə, 300.000 sikkə və medal var. Hər il 6.000 yeni kitabla kitabxana yenilənir.

Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük xristian kilsələrindən biridir. Bu, İntibah dönəminin (Renesans) ən böyük binası kimi qəbul edilir. İnşasına XVI əsrin ortalarından başlayıb, 120 ildən çox davam edib. Kilsənin 60.000 nəfərlik tutumu var. Dünyanın ikinci ən böyük katolik bazilikasıdır. Birinci isə 1989-cu ildə Fildişi Sahilləriində inşa olunan Notr-Dam de la Paiks Bazilikasıdır.

Həvari Pyotrun varisi

Orta əsrlərdən bəri Vatikana gələnlər üçün Papanın əlini öpmək ona hörmət və heyranlıq göstəricisidir. Bu, Papanın həvari Pyotrun varisi olduğunu göstərən “Balıqçı üzüyü”nü taxdığı əlidir.

Papanın üzüyü kilsə xidmətinin ana simvoludur. Papanın ölümündən və ya vəzifədən çəkilməsindən sonra səltənətinin sonunun bir rəmzi olaraq yox edilir. Yeni seçilən Papa üçün qızıldan yeni bir üzük hazırlanır.