Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək

Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək
https://www.peyk.az

Vəkillər Kollegiyası hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinə davam edir.


Qurumdan Femida.az-a verilən məlumata görə, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 21 sentyabr 2019-cu il tarixdə, Xırdalan şəhər Vəkil Bürosu tərəfindən Qusar rayonu, Heydər Əliyev Mərkəzində, saat 10:00-13:00-da Qusar və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.