Əlil qoca yolunu kəsəni belə cəzalandırdı

Əlil arabasında olan təqaüdçü yolunu bağlayan rəssamı sərt cəzalandırıb. Belə ki, rəssamın çıxdığı nərdivanı bərk yelləyərək, onu yerə yıxıb.

Peruda baş verən hadisənin görüntüləri küçəyə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb. 

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, həmin vaxt 46 yaşlı rəssam Fernandes Sançes bayram münasibətilə evinin xarici görünüşünü bəzəyirmiş. Kadrlarda yerə yıxılan Sançesin çətinliklə ayağa qalxdığı görünür. Sonra o, xəstəxanaya müayinə üçün aparılıb. Həkimlərin sözlərinə görə, kişi ciddi xəsarət almayıb.          Polis baş verənlərlə bağlı artıq yoxlamalara başlayıb.