Əməkdar artistdən Azər Paşa Nemətova SƏRT SÖZLƏR - İSTEFA VERDİ

Əməkdar artistdən Azər Paşa Nemətova SƏRT SÖZLƏR - İSTEFA VERDİ

Əməkdar artistdən Azər Paşa Nemətova SƏRT SÖZLƏR - İSTEFA VERDİ

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov üzvü olduğu Teatr Xadimləri İttifaqından istefa verib.

Peyk.az sonxeber.aza istinadən xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə məlumat yayıb. O, teatr ittifaqını ona qarşı bir neçə dəfə hörmətsizlik etməkdə ittiham edib:

"Azərbaycan teatrını uçuruma apardığınız yol da bəllidir. Baxmayaraq ki, bizim teatrın fəaliyyətinə kölgə salan səbəb şəxsi maraqlar olub, amma bunun günahkarı aktyor deyil, hansısa insanlar olub və bunu özünüz həll edə bilərsiniz. Bu gündən Teatr Xadimləri İttifaqının üzvlüyündən imtina edirəm, Azər Paşa və ətrafındakı ünsürlər ordan uzaqlaşmayınca və aktyora xüsusilə Cənab Prezidentin imzaladığı sərəncamla fəxri ada layiq görülənlərə münasibət belə olduqca, həmin ittifaqı tanımıram. Azərbaycan Teatr Tarixində qala bilməyəcəksiniz ki, çünki gənclərə göstərdiyiniz münasibət bir müddət sonra özünü göstərəcək. Azərbaycan Teatrının düşdüyü bu vəziyyət məni daha da narahat edir.

Mənim bu mübarizəm TTeatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətovladır. Akademik Milli Dram Teatrının direktoru Azər Paşa ilə yox. Günah mənim deyil ki, adıçəkilən iki yerə də bir adam rəhbərlik edir. Konfrans və səsvermə prosesinin nəticəsi mənə qaranlıq qalacaq. Məhz yuxarıda göstərilən səbəblərdən ölkəmizdə keçirilən "MAP" teatr festivalı Teatr Xadimləri İttifaqının dəstəyi olmadan həyata keçirilir".