Ər-Riyard rus müdafiə sistemi almalıdır - İsrailli eksperti

Ər-Riyard rus müdafiə sistemi almalıdır - İsrailli eksperti
https://www.peyk.az

Səudiyyə Ərəbistanındakı "Patriot" müdafiə sistemi “Saudi Aramko”ya hücum edən raketləri və dronları təsbit edə bilməyib.

Axar.az xəbər verir ki, bunu İsrailin Raket Müdafiə Qurumunun sabiq direktoru Uzi Rubin deyib. O, bu sistemin yalnız müəyyən edilən məsafədə hədəfləri izlədiyini bildirib.

Rubin Ər-Riyadın Rusiya müdafiə sistemi alması gərəkdiyini söyləyib:

“Ər-Riyadın rus müdafiə sistemi "Pantsir S-1" alması məqsədəuyğundur. Bu sistem Səudiyyənin aşağı hündürlükdə olan hədəfləri belə müəyyənləşdirərək vurmasını təmin edə bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə məxsus neft emalı zavdlarına dronlarla hücum edilib. ABŞ ilk gündən İranı ittiham etsə də, rəsmi Tehran bu ittihamları rədd edir.