Ərdoğan ABŞ-a iki həftə vaxt verdi

Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
https://peyk.az

Suriyada təhlükəsiz ərazi məsələsində ABŞ-a iki həftə möhlət vermişik. 

“Anadolu” agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, əgər bu müddət ərzində nəticə əldə olunmasa, Türkiyə öz planları ilə hərəkət edəcək. 

“Yaxın aylarda baş verəcək irəliləyişlər - Suriya böhranının dərinləşəcəyi və ya problemin daha sakit həll olacağı müəyyən olunacaq.

Avropa ölkələrindən həm İdlib, həm Fəratın şərqi məsələsində güclü dəstək gözləyirik. Bizi sözlər doyurmur, icraat gözləyirik”, - Ərdoğan əlavə edib.