Ərdoğan Aİ-yə xəbərdarlıq etdi: GÜNLƏRİN BİRİNDƏ SON QOYULACAQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü üzrə danışıqlara günlərin birində son qoyulacağı istisna edilmir.

Ərdoğan Aİ-yə xəbərdarlıq etdi: GÜNLƏRİN BİRİNDƏ SON QOYULACAQ
https://peyk.az

Bu bəyanatı ABŞ-a səfərə yola düşən dövlət başçısı Ankaranın Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında səsləndirib. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Aİ 1959-cu ildən bəri Türkiyəyə sanksiyalar tətbiq edir, eyni zamanda həmişə bu ittifaqa üzvlük vədləri ilə diqqəti yayındırır. Onun sözlərinə görə, bu vədlərə əməl olunmayıb. "Bilməlisiniz ki, bu gün Türkiyə sizinlə eyni masa arxasında əyləşən ölkədir, amma bu masaya bağlanmayıb və günlərin birində hər şeyə son qoyula bilər", - deyə Türkiyə Prezidenti vurğulayıb.

Aİ ilə Türkiyə arasında üzvlük barədə danışıqlar 2005-ci ildə başlayıb. Lakin bu proses hazırda dondurulmuş vəziyyətdədir. Bu, formal olaraq Yunanıstan və Kiprlə olan ziddiyyətlər, əslində isə, Aİ-nin aparıcı dövlətlərinin, ilk növbədə Fransa və Almaniyanın Ankaranın üzvlük məsələsinə skeptik yanaşması ilə əlaqədardır. (azərtac)