Ərdoğan “Barış bulağı” əməliyyatının komanda-qərargahında - FOTO

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəd bölgəsinə, “Barış bulağı” əməliyyatının komanda-qərargahının yerləşdiyi Şanlıurfaya səfər edib.

Ərdoğan “Barış bulağı” əməliyyatının komanda-qərargahında - FOTO
https://peyk.az

Peyk.az unikal.orga istinadən xəbər verir ki, R. T. Ərdoğanı Türkiyə Daxili İşlər naziri Süleyman Soylu, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan müşayiət edib.

Türkiyə Prezidentini Müdafiə naziri Hulusi Akar, ordu komandanları, Şanlıurfa valisi Abdullah Erin və digər şəxslər qarşılayıb. R. T. Ərdoğan “Barış bulağı” əməliyyatının komanda-qərargahında olub, “Barış bulağı” əməliyyat zonasındakı son durum barədə məlumat alıb.

Daha sonra Türkiyə Prezidenti Şanlıurfa şəhərinə gəlib, yerli sakinlərlə görüşüb.

Qeyd edək ki, bu, oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terror təşkilatına qarşı başlanılmış və 30 km enində və 120 uzunluqda ərazinin azad edildiyi “Barış bulağı” əməliyyatından sonra Türkiyə Prezidentinin sərhəd bölgəsinə ilk səfəridir.

 

  • Ərdoğan “Barış bulağı” əməliyyatının komanda-qərargahında -FOTO