Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi
https://peyk.az

Peyk.az xəbər verir ki, Ərdoğan şikayət ərizəsində onu təhqir etdiyinə görə Kılıçdaroğlunun 250 min lirəlik (Təxminən 73 min AZN) mənəvi təzminat ödəməsini tələb edib. Ərdoğanın vəkili Hüseyn Aydın artıq şikayət ərizəsini məhkəməyə təqdim edib.

Qeyd edək ki, K. Kılıçdaroğlu 26 noyabrda keçirilən CHP-nin qrup toplantısında Ərdoğanı nəzərdə tutaraq bildirib ki, şəxsi silah fabrikini xarici dövlətlərə hədiyyə edənlərə dünyanın hər yerində vətən xaini deyilir: “Bunu açıq deyirəm. Cəsarət edib şikayət belə edə bilmir. Deyib ki, “Kılıçdaroğlunu təzminat ödəməsi üçün məhkəməyə vermişəm. Hamısında da qalib gəlmişəm”. Guya sənin necə qazandığını bilmirəm? “Man adası” məhkəmə prosesini də mən qazanmışam. Nə deyəcəksən? Demək ki, pul aldığın haqqında yayılan məlumatlar doğrudur"