Ərdoğan-Pens görüşündə yaşanan İNANILMAZ ANLAR: Onun 1 sözündən sonra... - İlginc DETALLAR AÇILDI

ABŞ prezidentinin müşaviri Mayk Pensin rəhbərlik etdiyi diplomatik heyətlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altındakı türk heyətinin ötən gün baş tutan görüşünün detalları açıqlanıb.

Ərdoğan-Pens görüşündə yaşanan İNANILMAZ ANLAR: Onun 1 sözündən sonra... - İlginc DETALLAR AÇILDI

ABŞ prezidentinin müşaviri Mayk Pensin rəhbərlik etdiyi diplomatik heyətlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altındakı türk heyətinin ötən gün baş tutan görüşünün detalları açıqlanıb.

Peyk.az publika.aza istinadən xəbər verir ki, adı açıqlanmayan amerikalı rəsmi 4 saatdan çox davam edən görüşün nüansları Penslə birlikdə Ankaraya gələn amerikalı jurnalistlərə danışıb.

Mənbə bildirib ki, görüş əsnasında ABŞ heyəti daim YPG/PKK-çılarla təmasda olub. Terror təşkilatı ilə təhlükəsiz bölgə üçün nəzərdə tutulan ərazindən geri çəkilmələri haqqında logistik mövzuları müzakirə etdikləri bəyan olunub. YPG-dən tam olaraq hansı bölgədən çəkiləckləri kimi spesifik detallar soruşulub. ABŞ tərəfi terrorçulara Türkiyə ərazisinə səhra topları ilə təşkil etdikləri hücumları dayandırmalarını söyləyib.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun “Sülh çeşməsi”nə fasilə verəcəyik. Bu, bir atəşkəs deyil” açıqlamasını dəyərləndirən mənbə nazirin sözlərinin türk və ingilis dilində fərqli anlaşıldığını deyib. Onun verdiyi məlumata görə, ABŞ tərəfi planlaşdırılandan daha uzun davam edən görüşdə razılaşmanın əldə olunacağını Ərdoğanın bir sözündən anlayıb. Müzakirə zamanı Ərdoğan YPG-nin geri çəkilməsinin nə qədər zaman tələb etdiyini soruşub. ABŞ heyəti də məhz bu sualı razılaşma əldə olunacağına siqnal kimi dəyərləndirib.

Razılaşmanın detalları əks olunmuş sənəd Dövlət Departamentinin rəhbəri Mayk Pompeo və Mayk Pens tərəfindən hazırlanıb.

Bundan başqa, ABŞ heyətinin Ərdoğan tərəfindən qəbul edilməsi mərasimində emosional anlar yaşanıb. Heyətlərarası görüşdə türk tərəfi hərəkatda həlak olan şəhidləri gündəmə gətirib. Pens də bu zaman masanın Amerika tərəfində daha əvvəl orduda xidmət etmiş şəxslərin oturduğunu söyləyərək Ərdoğana və bütün Türkiyəyə başsağlığı verib.

ABŞ heyəti Ankaradan ayrıldıqdan sonra Mayk Pens ABŞ Konqresinin ümdə şəxslərinə zəng etməyə başlayıb. O, məsələ ilə bağlı Konrqesin müxtəlif komitələrinin sədrləri ilə müzakirə aparıb.

Son olaraq, Donald Trampın Ərdoğana göndərdiyi məktubun gündəmə gəlib-gəlmədiyi soruşulub. Mənbə bu məsələnin müzakirə edilmədiyini bildirib.