Ərdoğanın partiyasından Makrona sərt sözlər

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik Fransa Prezidenti Emmanuel Makrona sərt cavab verib.

Ərdoğanın partiyasından Makrona sərt sözlər
https://peyk.az

Peyk.az xəbər verir ki, Çəlik Makronun NATO Baş katibi Yens Stoltenberqlə Parisdə keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlərə kəskin təpki göstərərək onu müstəmləkə maraqlarını qorumaqda ittiham edib.

Onun sözlərinə görə, Fransa prezidenti Türkiyənin Suriyanın şimalında terror dövlətlərinin qurulmasına mane olan əməliyyatlarından ən çox narahat olan şəxsdir: "Terror qruplaşmalarının qabaqda gedən şəxslərini ən çox qonaq edən şəxs də Makrondur. Makron öz müstəmləkə maraqlarını qorumaq üçün qanunlara məhəl qoymadan Afrikanın hər yerində əməliyyat keçirən ölkəsinin vəziyyəti ilə üzləşməlidir.

Makron bir tərəfdən NATO-nun beyin ölümü keçirdiyini deyir, digər tərəfdən ""Sülh çeşməsi" hərəkatını həyata keçirən Türkiyə NATO-dan dəstək gözləməməlidir" söyləyir. Bu cümlələri yanaşı qoyanda danışanın məntiqli sözlərdən istifadə etdiyini demək mümkün deyil. Makronun Suriya barədə dedikləri Fransanın Suriyadakı müstəmləkə keçmişini parlaq cümlələrlə yaşatmaq istəməsindən ibarətdir".