"Ərimin sevgilisi hücum edib məni boğmaq istəyirdi" - Efirdə qalmaqal - FOTO

Azərbaycanda qadın evli kişi ilə münasibətdə olub uşaq dünyaya gətirdi.

https://peyk.az

Peyk.az xəbər verir ki, Azad Azərbaycan telekanalında yayımlanan "Bizimləsən" verilişinə müraciət edən Nəzakət bildirib.

O, qeyd edib ki, kürəkəni subay qızla cinsi münasibətdə olub: "O qıza görə mənim balam dəfələrlə döyülüb. Kürəkənimin o qadından bir oğlu var. Bu gün qızımı məcbur edir ki, o uşağa da baxsın. Özlərinin isə bir qızları var. 5-ci gün boşanmaya ərizə veriblər. Dəfələrlə qızım döyülüb, söyülür. Qızımın həyatı təhlükədədir".

Nəzakətin qızı bildirib ki, həyat yoldaşı onunla barışmaq istəyirdi: "Qadın uşağı qapıya qoyub getdi. Hazırda da gəlib ki, uşağımı istəyirəm. Mən həyat yoldaşımla boşanmaq üçün məhkəməyə ərizə vermişəm. Mən həyat yoldaşımla barışmaq istəyirdim. Gördüm ki, həyat yoldaşım yalan danışır. Qadın dəfələrlə hücum edib, məni boğmaq istəyib. Hamilə olan zaman qadın bizə gəlib həyat yoldaşıma deyirdi ki, məni apar abort etdir. Mən bu uşağa baxmayacam".
"Ərimin sevgilisi hücum edib məni boğmaq istəyirdi" - Efirdə qalmaqal - FOTO