Ərini öldürən qadından qan donduran ifadə: Oğlumu oyadıb dedim ki...

İstanbulun Beylikdüzü rayonunda mübahisə etdiyi ərini yuxuda olarkən tapança ilə vuraraq öldürən iki uşaq anası olan qadının polisə verdiyi ifadə ortaya çıxıb.

Ərini öldürən qadından qan donduran ifadə: Oğlumu oyadıb dedim ki...
https://peyk.az

Peyk.az xəbər verir ki, ərinin qatili olan qadın ifadəsində oğlunu yuxudan oyadaraq "Atanı öldürdüm, polisə xəbər ver" deyib.

Qətl şübhəlisi ərini öldürmək səbəbini də açıqlayıb. O, ərinin qonaqların yanında onu alçaltdığını bildirib. İstintaq davam edir.