Home Kriminal Əsgərlikdən gələn oğlan gənc qızı niyə öldürdü? – “Arada pul məsələsi olub…”

Əsgərlikdən gələn oğlan gənc qızı niyə öldürdü? – “Arada pul məsələsi olub…”

118
0

Onun meyitini keçmiş polis əməkdaşı tapıb

Ucarda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

PEYK.Az big.aza istinadən xəbər verir ki, rayon kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 31 yaşlı Gülnar Həşimovanı qətlə yetirən İlkin Çıqqarov hərbi xidmətdən yenicə gəlib:

“Gülnar Həşimova ailəli idi, 7 yaşında bir uşağı var. Həyat yoldaşı Ucar rayon Alpout kənd sakinidir. Ailə qurandan sonra əri ilə yola getmədi, bir-birini başa düşmədilər. Axırda kişi ondan ayrılmaq qərarına gəldi. Ata qızını ona vermədi. Gülnar da boşanandan sonra atasıgilə sığındı. Elə o gündən kafelərdə işləyib özünü dolandırırdı. Onu öldürən İlkin əsgərlikdən 5-6 aydır gəlib, aralarında pul məsələsi olub”.

Kənd sakinləri qeyd edib ki, Gülnar Həşimovanın meyitini sabiq polis əməkdaşı aşkarlayıb:

“Həmin polis əməkdaşı Çiyni kənd sakinidir. O, Qaradağlı kənd ərazisində ov edən zaman Gülnarın meyitini görüb aidiyyatı orqanlara təqdim edib”.

Xatırladaq ki, Gülnar Həşimovanın meyiti dekabrın 16-da kənd ərazisindən tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İlkin Çıqqarov artıq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here