“Barselona”nı yeni mövsümdə kim çalışdıracaq?

Kike Setyen növbəti mövsümdə də “Barselona”da qalacaq.

“Barselona”nı yeni mövsümdə kim çalışdıracaq?
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə İspaniyanın “Diario Sport” saytı məlumat yayıb.

Bildirilir ki, klub rəhbərliyi bu mütəxəssisin xarakteri, işə yanaşması və “Barselona”nın fəlsəfəsinə yaxından bələd olmasından razıdır. Ona görə də onlar düşünür ki, 61 yaşlı mütəxəssis yeni layihələr həyata keçirməyə layiqdir.

Məlumata görə, onun rəhbərliyi altında futbolçular daha yaxşı məşq edirlər. Bundan başqa, Setyen komandaya yeni oyun üslubu aşılamağa çalışır. Bu isə klub rəhbərliyini qane edir. Bildirilir ki, artıq məşqçiyə növbəti mövsümdə də onunla çalışacağı barədə məlumat verilib.