“Bir neçə gün əvvəl çox pis idim” - Oriana

“Yuventus”un futbolçusu olan sevgilisi Paulo Dibala ilə birgə koronavirusa yoluxan Oriana Sabatini səhhəti ilə bağlı açıqlama verib.

“Bir neçə gün əvvəl çox pis idim” - Oriana
https://peyk.az

Peyk.az “La Gazzetta dello Sport”a müsahibəsində o deyib ki, artıq 9 gündür onlar təcrid olunublar:

“Hazırda yaxşıyıq. Amma bir neçə gün əvvəl çox pis idim. Həkimlər mənə vitamin yazdılar. Növbəti analizləri 31 martda verəcəyik. Hələ ki, istirahət edirik. Təəssüratlarım necədir? Bu xəstəlik qrip kimidir. Bütün bədən ağrıyır və özünü yorğun hiss edirsən. Ağ ciyərlərimdə də ağrı vardı. Bundan sonra Paulonun da səhhəti pisləşdi”.