“Qalatasaray”ın vitse-prezidentində koronavirus aşkarlandı

Türkiyənin “Qalatasaray” futbol klubunun vitse-prezidenti Abdurrahim Albayrak və onun həyta yoldaşı Şükran Albayrakda koronavirus aşkarlanıb.

“Qalatasaray”ın vitse-prezidentində koronavirus aşkarlandı
https://peyk.az

Peyk.az “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə klubun meneceri Mert Çetin sosial şəbəkədə məlumat paylaşıb. Məlumata görə, A.Albayrak və Ş.Albayrakın koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, A.Albayrak ötən həftə koronavirus şübhəsi ilə xəstəxnaya yerləşdirilib.