10 yaşında 473 cinayət əməli törətdi

Türkiyənin İstanbul şəhərində cibirlik hadisələrinin artmasından sonra hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları şok nəticə ilə üzləşiblər.

"HaberGlobal"ın məlumatına görə, müşahidə kameralarındakı qeydləri yoxlayan polis 10 yaşlı B.G.-nin 473 cinayət əməlinin üstünü açıblar.

Kadrlarda tibbi maska taxan B.G.-nin cibgirlik anları əks olunub.