1093 terrorçu Türkiyənin əlində: PKK-ya ağır zərbə

Türkiyənin anti-terrora qarşı kompleks mübarizəsi PKK terror təşkilatını məhv olma səviyyəsinə gətirib.

1093 terrorçu Türkiyənin əlində: PKK-ya ağır zərbə
https://peyk.az

Peyk.az xəbər verir ki, uzun illər Türkiyəyə qarşı qanlı terror aktları həyata keçirən və Qərbin əlində Ankaraya qarşı maşa rolunu oynayan PKK-nın son vəziyyətini real rəqəmlər ortaya çıxarır.

2016-cı ildən bu yana Türkiyə hüquq-mühafizə orqanlarına 1093 terrorçu təslim olub. Bu terrorçuların 635-nin ailələri ilə aparılan müzakirələr nəticəsində dağdan endiyi məlum olub.

Müzakirələr yolu ilə 2016-cı ildən dağdan 79 terrorist enərək təslim olduğu halda 2017-ci ildə bu rəqəm 105-ə çatıb. 2018-ci ildə təslim olan terrorçuların sayı 165-ə, 2019-cu ildə isə 273 nəfərə qədər qalxıb. 2020-ci ilin ilk 15 günündə 13 PKK terrorçusu türk hüquq-mühafizə orqanlarına təslim olub.

Son 30 ilin ən acınacaqlı durumunu yaşayan PKK terror təşkilatına qatılmaq istəyən sayı isə sıfır nöqtəsinə gəlib.

Əlavə edək ki, uzun müddətdir HDP tərəfindən aldadılıb PKK-ya aparılan gənclərin ailə üzvlərinin HDP-nin Diyarbəkir ofisinin qarşısında oturmaq aksiyası davam edir.