11 mindən çox tibb və qeyri-tibb işçisinə 13,1 milyon manat əlavə ödənilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən ümumilikdə 1

11 mindən çox tibb və qeyri-tibb işçisinə 13,1 milyon manat əlavə ödənilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən ümumilikdə 11 707 nəfərə - 9015 tibb işçisinə, 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Agentlikdən “Peyk.AZ”ya daxil olan məlumata görə, Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.1 milyon manat müddətli əlavə ödənilib.

Tibbi profilaktik tədbirləri həyata keçirən 3124 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.9 milyon manat, təcili tibbi yardım xidməti göstərən 3837 tibb işçisinə və həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 269 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.3 milyon manat, pasiyentlərə stasionar tibbi xidmət göstərən 1785 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 2.6 milyon manat ödənilib.

Onu da qeyd edək ki, 2692 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2,3 milyon manat müddətli əlavə verilib. 

Bundan əlavə tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən aprel ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.