11 yaşlı uşağı döyüb xəstəxanalıq etdilər

11 yaşlı uşağı döyüb xəstəxanalıq etdilər

Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, hadisə Ş.Məmmədova küçəsi 3 ünvanının qarşısında qeydə alınıb.  

Pərviz adlı şəxs xuliqanlıq zəmnində 2008-ci il təvəllüdlü Niyazzadə Ruslan İlqar oğlunu döyərək xəsarət yetirib.  

Yaralı dərhal xəstəxanaya yerləşdirilib  

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.