15 güllə yarası aldı - Özü xəstəxanaya gəldi

ABŞ-ın Filadelfiya şəhərində atışma zamanı 15 güllə yarası alan şəxs özü xəstəxanaya gəlib.

15 güllə yarası aldı - Özü xəstəxanaya gəldi

Redaktor.az-ın məlumatına görə, həkimlər onun heç bir kömək olmadan xəstəxanaya daxil olduğunu deyib.

Hazırda həmin şəxsin vəziyyəti ağır olsa da, sağ qalacağı bildirilir. Polis hadisə yerinin videogörüntülərini araşdırır.

Atışmanın baş verdiyi yerdə 23 giliz aşkar olunsa da, ölən olmayıb.