19 ruhi xəstəni öldürən şəxs edama məhkum edildi

Yaponiyada ruhi xəstələr üçün müəssisədə 19 nəfəri qətlə yetirmiş şəxs ölüm cəzasına məhkum edilib.

19 ruhi xəstəni öldürən şəxs edama məhkum edildi
https://peyk.az

Peyk.az xəbər verir ki, 30 yaşlı Satosi Uematsu asılmaqla edam ediləcək.

Məhkəmə prosesi zamanı, S.Uematsu həmin şəxsləri əziyyətdən xilas etmək üçün qətlə yetirdiyini deyib.

Qeyd edək ki, 2016-cı ilin iyulunda S.Uematsu Tokioda özünün işlədiyi müəssisədə xəstələrə bıçaqla hücum edərək 19 nəfəri qətlə yetirib.