19 yaşlı qızı diri-diri yandıran 16 nəfər EDAM EDİLƏCƏK

19 yaşlı qızı diri-diri yandıran 16 nəfər EDAM EDİLƏCƏK
https://peyk.az

Bu ilin aprel ayında Banqladeşdə 19 yaşlı Nusrat Cahan Rafi 16 nəfər tərəfindən yandırıldıqdan 4 gün sonra ölmüşdü.

 yeniavaz.com-a istinadla xəbər veririk ki, dəhşətli hadisə ilə bağlı başladılan məhkəmə prosesi sona çatıb. Nəticədə 16 nəfər edama məhkum edilib.
Qeyd edək ki, bu ilin mart ayında Nusrat Cahan təhsil aldığı məktəbin direktorunu, ona cinsi zorakılıq etməsi səbəbilə polisə şikayət etmişdi. Bundan 11 gün sonra bəzi şəxslər onu məktəbin dam örtüyünə çağırmış və şikayət ərizəsini geri götürməsini istəmişdi. Cahan bu istəyi geri çevirən zaman isə həmin şəxslər tərəfindən onun paltarına od vurulmuş və nəticədə 19 yaşlı qızın bədəninin 80 faizi yanmışdı. Son nəfəsinə qədər bu mübarizəsindən dönməyəcəyini bəyan edən Nusrat Cahan 4 gün sonra komada son nəfəsini vermişdi. Bütün bunlar paytaxt Dəkkə şəhərindən 160 kilometr aralıda yerləşən Feni qəsəbəsində baş vermişdi.

 

Qeyd edək ki, edama məhkum edilənlərin arasında Nusrat Cahanın cinsi zorakılıq səbəbilə polisə şikayət etdiyi məktəb direktoru və iki qız sinif yoldaşı da var.
19 yaşlı qızı diri-diri yandıran 16 nəfər EDAM EDİLƏCƏK