2 tonluq dəmir qapı 3 yaşlı uşağın üzərinə aşdı

Türkiyədə 3 yaşlı uşaq faciəvi şəkildə dünyasını dəyişib.

2 tonluq dəmir qapı 3 yaşlı uşağın üzərinə aşdı
https://peyk.az

Peyk.az yeniavaz.com-a istinadən xəbər verir ki, hadisə Aydın vilayətinin İncirliova ilçəsində baş verib. Belə ki, 3 yaşlı Eymen Eye evlərinin həyətində oyun oynayarkən 2 ton ağırlığındakı dəmir qapı üzərinə düşüb. Hadisəni görən valideynlər dərhal təcili yardım çağırıblar. Xəstəxanaya çatdırılan 3 yaşlı oğlan həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma davam etdirilir.