Home Xarici 2 uşaq atası faciəvi şəkildə öldü

2 uşaq atası faciəvi şəkildə öldü

198
0

Konyada 37 yaşlı polis Ali Təkənin ölümünə səbəb olan sürücü və onun yanındakı qadının müalicəsi davam edir.

PEYK.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərxoş olduğu deyilən qadın 30 yaşlı Muazzəz.Y bildirib ki, Məhəmmədlə maşında içki içib:

“Amma nə qədər içdiyimizi bilmirəm. Qəza anını xatırlamıram. Gözümü açanda artıq xəstəxanada idim”.

Belə ki, polis işçilərini daşıyan avtobus 25 yaşlı Məhəmməd Ali.T idarə etdiyi avtomobillə toqquşur. Nəticədə 2 uşaq atası olan Ali Təkə hadisə yerində keçinib. Avtobusun içərisində olan Yaşar Orman, 41 yaşlı Məvlüt Boğaz və digər avtomobilin sürücüsü Məhəmməd Ali.T VƏ onun yanındakı qadın ağır yaralanıb.

2 uşaq atası faciəvi şəkildə öldü - FOTOLAR
2 uşaq atası faciəvi şəkildə öldü - FOTOLAR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here