200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alındı

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Polşa Respublikasına dəmiryolu nəqliyyatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

200 kiloqram heroinin ölkəyə keçirilməsinin qarşısı alındı

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Polşa Respublikasına dəmiryolu nəqliyyatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Peyk.az-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında 6 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Polşa Respublikasında yerləşən şirkətlərdən birinin ünvanına müvafiq sənədlərdə “Gil” yükü daşıdığı əks olunan platforma “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb və üzərində olan konteynerdəki yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.

Konteynerdə olan 20 paletdəki 720 ədəd standart ölçülü kisələrdə qablaşdırılmış “Gil” yükünün yoxlanılması zamanı xidməti it paletlərdən ikisinə reaksiya verib və gömrükçülər həmin kisələr üzərində əsaslı yoxlama aparıb. Bu zaman hər paletdə 7 ədəd olmaqla, ümumilikdə 14 kisədən qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 200 kiloqram 800 qram narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

İlkin araşdırma zamanı Azərbaycan Respublikası ərazisindən tranzit keçirilməklə Avropaya aparılması nəzərdə tutulan külli miqdarda narkotik vasitələrinin gizlədildiyi kisələrin üzərində Azərbaycan Respublikasına məxsus istehsalçının “Üyüdülmüş Gil, Oğuz dağı, İstehsalçı: Mahmudov İ.İ. VÖEN 8600000742, Oğuz r-nu, H.Əliyev küç. 60” rekvizitlərinin əks olunması gömrük əməkdaşlarının diqqətini cəlb edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən “gil” yükü Azərbaycan Respublikasının Oğuz rayonunda fəaliyyət göstərən fərdi sahibkar tərəfindən əvvəllər qanunamüvafiq qaydada Azərbaycan Respublikasından İran İslam Respublikasına ixrac edilən və İran İslam Respublikasında fəaliyyət göstərən cinayətkar qrupun üzvləri tərəfindən sonradan həmin kisələrə narkotik vasitələr gizlədərək onlardan narkotiklərin daşınması zamanı istifadə olunub.

www.Peyk.az