Home Ölkə Azərbaycan Dillər Universitetində tanınmış teleaparıcılarla görüş keçirilib

Azərbaycan Dillər Universitetində tanınmış teleaparıcılarla görüş keçirilib

175
0
Azərbaycandanən son xəbərlərOnlayn

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Jurnalistika klubu”nun təşkilatçılığı ilə “Danışır Bakı” adlı tədbir keçirilib.

Peyk.az xəbər verir ki, tədbirin qonaqları əməkdar artist,teleaparıcı Nərgiz Cəlilova və  İctimai Televiziyanın aparıcısı Saleh Bağırov olub.

Klubun sədri Şəfiqə Əlizadə ilk olaraq 6 noyabr Milli televiziya və radio günü barədə məlumat verib.

Görüşdə tələbələrlə yanaşı universitetin tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov, Filologiya və Jurnalistika fakültəsinin dekanı fil.f.d dos. Vüsalə Ağabəyli və universitetin müəllimləri iştirak edib.

Tanınmış telejurnalist Nərgiz Cəlilova televiziyanın insanların həyatındakı rolundan, ölkəmizdə müasir televiziyanın müxtəlif problemlərindən, onu daha maraqlı və baxımlı etməyin vacibliyindən danışıb. Həmçinin aparıcılıq peşəsinin əsas tələblərindən, nitq mədəniyyətindən, dilin saflığının qorumasından danışan teleaparıcı Azərbaycan dilində düzgün və səlis danışmağın sirlərini iştirakçılarla bölüşüb.

Tanınmış teleaparıcı Saleh Bağırov da Azərbaycanda radio və televiziyaların  indiki fəaliyyətlərindən danışaraq, sovet dövrü Azərbaycan Televiziyası ilə müqayisələr edib. Eyni zamanda Azərbaycanda jurnalistlərin istifadə etdikləri dil və üslublara toxunan teleaparıcı bu gün bəzi televiziya işçilərinin məişət üslubundan istifadə etdiklərini bildirib. “TRT” kanalındakı fəaliyyətindən danışan S.Bağırov Türkiyə mediası ilə Azərbaycan mediası arasında müqayisələr aparıb.

Eyni zamanda qonaqlar tədbir iştirakçılarının da suallarını cavablandırıb.

Daha sonra çıxış edən universitetin tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov və Filologiya və Jurnalistika fakültəsinin dekanı fil.f.d dos. Vüsalə Ağabəyli tələbələri maarifləndirən bu cür görüşlərin  keçirilməsinin  vacibliyindən danışaraq, qonaqlara təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı Azərbaycan Diplomatiya Akademiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbələri də iştirak edib.

Akqabay Mıradov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here