Home Slider Dünya şöhrətli yazıçı vəfat etdi

Dünya şöhrətli yazıçı vəfat etdi

65
0

“Hörümçək adam”, “Halk”, “X-Men”, “Dəmir adam” personajlarının yaradıcısı, ABŞ komiks yazıçısı Sten Li 96 yaşında vəfat edib.

Peyk.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Li ailəsinin vəkili Kirk Schenck açıqlama verib.

Vəkil qeyd edib ki, Sten Li Los-Ancelesdə, xəstəxanalardan birində dünyasını dəyişib.

Linin qızı isə mətbuata açıqlamasında atasının bir neçə ildir ki, ciddi xəstəlikdən, o cümlədən pnevmaniyadan və yaddaşsızlıqdan əziyyət çəkdiyini bildirib.

Qeyd edək ki, Sten Linin adı 1994-cü ildə komiks sənayesinin Uil Eyzner Mükafatı Şöhrət Siyahısına, 1995-ci ildə isə Cek Körbi Şöhrət Siyahısına daxil edilib. 2008-ci ildə isə Milli İncəsənət Medalı ilə təltif olunub.

Akqabay Mıradov

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here