Home İdman Mən işimin başındayam – Luçesku

Mən işimin başındayam – Luçesku

68
0

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku yığmadakı taleyilə bağlı maraqlı açıqlamalar verib.

Peyk.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukrayna ilə oynanılacaq hazırlıq matçından əvvəl mətbuat konfransı keçirən 73 yaşlı mütəxəssis qurduğu komandadan razı olduğunu deyib:

“Millətlər Liqasında çətin qrupda idik. Son dörd oyunda möhtəşəm şeylər etdik, oyuna ancaq biz diqtə edirdik. Şans güclüdən yanadır, amma o güc bizə də gələcək. Çalışmağa davam edəcəyik. Komandaya gələnlərin hər biri buranı sevir. Biz bu komandanı mart ayından qurmağa başlamışıq. Mən öz qurduğum komandadan razıyam”.

 

Ruminiyalı mütəxəssis millidən getməsini istəyərlərsə, gedəcəyini bildirib:

 

“Mən istefam haqqında danışmamışam. Gələcəyimə mən qərar verirəm. Xeyir verəcəyimə inanmasaydım, davam etməzdim. Mən işimin başındayam. Bu, bir qürur məsələsidir,gənc bir komandanı yaxşı yerə gətirəcəm. Amma getməyimi istəsələr, gedərəm”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here