Home İdman Azərbaycan millisi qalib gəlib, mərhələ adladı

Azərbaycan millisi qalib gəlib, mərhələ adladı

74
0

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirib.

Peyk.az xəbər verir ki, Azərbaycan millisinin Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionun ikinci meydanında Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşması saat 17:00-da başlayıb. Oyunun baş hakimi Erik Lambrext olub.

Qrupun ilk oyununda İsrailə 1:4 hesabıyla məğlub olan Azərbaycan millisi, 2-ci oyunda Gürcüstanı 2:1 hesabıyla məğlub etmişdi. Lixtenşteynlə oyunda isə azərbaycanlı futbolçular 3 cavabsız qola seviniblər.

Qrupun digər oyununda İsrail qrup oyunlarına ev sahibliyi edən Gürcüstanla heç-heçəyə nail olub və birinci pilləni tutub. Azərbaycan millisi isə ikinci yerlə kifayətlənib. Bu, komandamızın AÇ-nin elit-raunduna vəsiqə qazanması üçün kifayət edib.

AÇ-2019 (U-19), seçmə mərhələ

20 noyabr

Azərbaycan – Lixtenşteyn 3:0

Qol: Murad Mahmudov, 15. Kamran Quliyev, 64; 69.

Baş hakim: Erik Lambrext (Belçika)
Baş hakimin köməkçiləri: Karel De Roker (Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Dördüncü hakim: Aleko Aptsiauri (Gürcüstan)

Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 2. Rüstəm Nuriyev, 3. Elnur İbrahimov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə, 9. Murad Mahmudov,10. Kamran Quliyev, 14. Zahid Mərdanov, 15. Vüsal Məsimov, 18. Emil Qasımov, 19. Tural Bayramov

Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Əkbər Vəliyev, 4. İbrahim Hüseynov, 6. İdris İnqilablı, 11. Elvin Cəfərquliyev, 16. Elvin Talıbov, 17. Samir Qurbanov, 21. Zamiq Əliyev

Baş məşqçi: Vüqar Məmməd

Lixtenşteyn: 1. Rafael Lusli, 2. Lukas Qraber, 3. Noah Qraber, 4. Fabian Unterrainer, 5. Simon Luxinqer, 6. Lukas Buxel, 7. Aaron Salanoviç, 9. Tim Şreyber, 10. Noah Frommelt (k), 16. Andrin Netzer, 20. Rikardo Brancaleone

Ehtiyat oyunçular: 12. Luka Vanoni, 8. Marius Hilti, 11. Josua Eqqenberqer, 13. Elias Jaqer, 14. Noah Miler, 17. Varren Kaiser, 18. David Tşupp, 19. Niklas Bek

Baş məşqçi: Martin Stoklasa

İsrail – 7, Azərbaycan – 6, Gürcüstan – 4, Lixtenşteyn – 0.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here